Əlizadə Nuri - Sevinc axşam gələcəkdi...

Ədəbiyyat 19:15 / 21.02.2026 Baxış sayı: 241

 

Çıraq oldum, işığımı,

Salmağa bir dam olmadı.

Çoxu mənə "oğul" dedi-

Heç biri anam olmadı.

 

DÜZ axtarıb- dağ çıxardım,

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım-

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi...

Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı...