GÜNÜN MÜBARƏK- yazdı Coşqun XƏLİLOĞLU
Tanınmış dənizçi-şair, gözəl qəlbli insan, dostum
Hərənin bir taleyi var,
Səninki də saf söz oldu,
Məskənin gah sahil-quru,
Gah da Xəzər-dəniz oldu.
Elə bir yollar keçmisən
Çatmısan altmış yaşına.
Bunu qəlbinlə seçmisən,
Layiqsən el alqışına.
Dəniz qoynunda üzməyin
Sevinci var, əzabı var,
Ənginliklərdə süzməyin
Sualı var, cavabı var.
Şeirlərin şip-şirindi,
Sözlər necə, tanış, doğma,
Sözün mənaca dərindi,
Dinləyirsən sanki nəğmə.
Eh, "Ayrılıq nə yamanmış,"
"Yaşıl yuxulu dəniz"də,
Bax, "Bayıldan Bayıra"dək
Bir damcı yaş qalmaz gözdə...
"Bakı Buxtasının səsi"n
Sığışdırdın bir kitaba,
Xalqa xidmətdir məqsədin
Dözdün nə qədər əzaba.
Hər dənizçi qəhrəmandır,
Bunu ilhamla yazmısan,
Bu dövran başqa dövrandır,
Təblə, inamla yazmısan.
Biz dünyaya gəlmişiksə
"Burada darıxmaq olmaz",
Qapılmayaq xülyalara,
Burada karıxmaq olmaz.
Duyulur şeirlərində
Sabahın gül ətri, şehi,
Dənizdir xəyallarında
Özün qəlblərin Fatehi.
Aylin, Faiqdir sevincin,
Turalsa arxa-dirəyin,
Hələ qarşıdadır sənin
Sevinc dolu gələcəyin.
"Bir ovuc kədər" də sənə
Heç zaman olmasın gərək,
Dənizçi-şair qardaşım
Günün mübarək, mübarək!
16.09.2024.