Elnur Uğur Abdiyev - Bir təşnə zəvvaram niyyətim xalis
·
Bir təşnə zəvvaram niyyətim xalis,
Sənə bağlanmışam yönüm Kəbədi.
Məbudum sevgidir, ona tapındım,
Daşın da ,qayan da eşqin məbədi.
Nə xoş mənə sənə itaətdəyəm,
Şükür, bu xoş günə itaətdəyəm.
Hər anda sevginə itaətdəyəm,
Adın ruh və təndə mənə qiblədi.
Dili topuq vurar sənsiz fikrimin,
Sənlə ötən günün,anın şükrü min.
Adını hər ötən anda zikrimin,
Hər biri Tanrıdan enən cümlədi.