Günay Əfəndiyeva Daşkəndə işgüzar  səfəretdi

MƏDƏNİYYƏT 17:01 / 21.02.2026 Baxış sayı: 244

Günay Əfəndiyeva Daşkəndə səfəri çərçivəsində bir sıra görüş ziyarətləryata keçirib

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Özbəkistanın Mədəniyyət Elçisi Günay Əfəndiyeva Özbəkistanın Daşkənd şəhərinə səfəri çərçivəsində ölkənin Mədəni İrs Agentliyinin rəhbəri Tursınali Kuzıyev ilə görüşüb.

rüş Azərbaycan–Özbəkistan münasibətlərinin müasir dövrdə iki ölkənin dövlət başçılarının nümayiş etdirdiyi güclü siyasi iradə və birgə strateji baxış nəticəsində yeni mərhələyə yüksəlməsi vurğulanıb.

Azərbaycan və Özbəkistanın mədəni əməkdaşlığı istiqamətində hər iki ölkədə həyata keçirilmiş planlaşdırılan gələcək layihələr ətrafında müzakirələr aparıb.

Günay Əfəndiyeva Daşkənd Özbəkistanın görkəmli şəxsiyyətləri Əlişir Nəvainin 585 və Zahirəddin Məhəmməd Baburun 543 illiyinə həsr olunan təntənəli tədbirdə fəxri qonaq qismində iştirakından mnunluğunu bildirib.

 

Deputat vurğulayıb ki, özbək xalqının və bütövlükdə Türk Dünyasının böyük oğlu Əlişir Nəvainin Bakıdakı abidəsi hər il şairin doğum günü ərəfəsində dövlət ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur. Günay Əfəndiyeva bildirib ki, 100 il əvvəl Birinci Türkoloji Qurultayın keçirildiyi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında bu il Nəvainin 585 illiyi münasibətilə beynəlxalq konfrans təşkil olunub. Deputat Nəvainin nəhəng irsinin Qurultayın əsas mövzularından biri olduğunu xatırladıb.

 

Səfər çərçivəsində Günay Əfəndiyeva Daşkəndin Ədiblər Xiyabanını ziyarət edərək, Əlişir Nəvainin, Zahirəddin Məhəmməd Baburun, Maqsud Şeyxzadənin heykəlləri önünə gül dəstələri qoyub.

Eyni zamanda deputat Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi ilə yaxından tanış olub.

Səfər çərçivəsində Günay Əfəndiyevanın Özbəkistanın müxtəlif KİV-ə müsahibələri ölkə mətbuatında geniş işıqlandırılıb.