Kəmalə   Abiyeva Aydın qızı- Vəsiyyət...

Ədəbiyyat 21:17 / 21.02.2026 Baxış sayı: 238

 

(Qızıma)

Məndən sonra ağlamazsan,

Ruhumu ağrıtmazsan.

Dünyadan gedişimi yox,

Gəlişimi anarsan.

"Bu gündə doğulan qadın vardı,

Mənim üçün yaşardı" deyərsən.

əylənərsən, gülərsən.

Ad günündə ağlamazlar bilirsən.

Səni necə sevdiyimi,

Məni necə sevdiyini xatırlarsan.

Bir də

Qınamazsan nə özünü, nə məni

bacarsan...

Mənsə ağrılarını özümnən apararam...