Sevinc Qərib - Çiçək kimiydi arzularım

Ədəbiyyat 17:41 / 13.11.2025 Baxış sayı: 884

***

Çiçək kimiydi arzularım,

hər səhər günəşə

boylanırdı...

Böyük ağacların kölgəsi

yad nəfəs kimi üşüdər

şəfəqlərə sarılmaq

istəyən çiçəkləri.

Soyuqdan içinə yığılan

çiçəklər kimi,

ürəyimə qısıldı,

günəşə əli çatmadı

arzularımın...