Sevinc Qərib - Bu qərib axşamın səssizliyinə...
Bu qərib axşamın səssizliyinə,
hardansa gülüşün axdı,töküldü...
evim işıqlandı,
qaranlıqların beli büküldü,
könlümün qaş- qabağı açıldı,
ruhum qara paltarını soyundu.
Gülüşünün rəqsinə oynadı
dodaqlarım,
çöhrəmdə dövrə vurdu
bir topa təbəssüm...
Xəyalını çağırmamışdım,
eləcə seni düşünmüşdüm,
xatirələrə cıgır açmışdım,
axşamın səssizliyindən
üşənmişdim,
gülüşünü göndərdin...