Rəfail Tağızadə: - Yağış da bir sevgidi

Ədəbiyyat 22:24 / 10.12.2025 Baxış sayı: 563

 

Sakitcə yağış yağır

gecənin gözlərindən,

kimsənin xəbəri yox,

pıçıltı sözlərindən.

Bir həzinlik gətirir

narahat sükutuma,

süzülür damla-damla

gecəmin umuduna.

Sığal çəkir üzümə,

məni təklikdə qoymur.

Yağış da bir sevgidi –

öpüşdən adam doymur.