Vaqif Səmədoğlu - Əlimi uzatdım...

Ədəbiyyat 09:47 / 11.12.2025 Baxış sayı: 639

Əlimi uzatdım

sevincə sarı,

Gördüm yox,

arada kədər dayanıb...

Atamı səslədim

köməyə gəlsin,

Gördüm yox,

arada qəbir dayanıb...

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm yox,

arada ömür dayanıb...