Sudabe Servi - GÜNAHKAR KIMDIR?

YAZARLAR 14:43 / 11.12.2025 Baxış sayı: 705

 

Hava axşama dogru gedirdi. Metroda qatar gözləyirdim.

Bu vaxt çox qısa və açıq-saçıq geyinmiş gənc bir qız yüyürərək mənə yaxınlaşdı. Həyəcanla dedi:

-Xanım, əclafın biri düşüb dalımca, deyəsən içkilidi. Pis-pis sözlər deyir. Çox xahiş edirəm, məni qoruyun.

Qız titrəyirdi. Mən cəld onun əlindən tutub özümə tərəf çəkdim. Qoluna girdim. Oglan yaxınlaşıb dayandı. Bir mənə baxdı, bir qıza. Heç nə demədi.

Deyəsən bu gün cəmiyyətin bəlası olan narkotikin təsiri altındaydı...

Heyifsiləndim.

Qatar gəldi, qızla birlikdə vaqona daxil olduq. Qıza dedim ki, bu cür geyimdəsən, özün də tək, həm də axşamdır, əlbəttə, düşəcəklər dalınca. Bunlara diqqət elə, qızım. Özün də tərbiyəli qıza oxşayırsan.

Qız günahkar kimi başını aşagı salıb heç nə demədi

O qədər qorxmuşdu ki, xahiş etdi onunla binalarına qədər gedim. Öz qızım durdu gözümün qabagında. Ötürdüm evlərinə qədər. Qorxma, -dedim. Güclü ol.

Gülüsəyərək əl elədi.

Yolboyu düşünürdüm. Günahkar bu cür geyinən qızlarmı, onlara nəzarət etməyən valideynlərmi, patının, cürbəcür nələrinsə təsiri altında özlərini idarə edə bilməyən bəzi gənclərmi? Yoxsa cəmiyyət bu qədər deqrodasiyaya ugrayıb? (ardı var)