Rafail Inceyurd Ismayilov - Hansısa əvvələ yan alan sonam...
***
Hansısa əvvələ yan alan sonam,
Fələk fürsət verə qovam, qovlanam.
Gərək işıq gələn göyə boylanam
İşığı azalan gözün xətrinə.
Sağ ol, dərdlərimi sevib qucanım,
Sağ ol, yol göstərib, yollar açanım.
Bu qədər əyriyə yem olan canım
Dözə bir toxumluq düzün xətrinə.
Bu sənin ömründü, İncəyurd, sürdün,
Şairlər bəxtinə olunur sürgün.
Arabir xatalı çomağa sürtün
Əbədi qalacaq sözün xətrinə.
11.12.25