Əşrəf Veysəlli - DÜNYA GÖZƏLDİR
Həlim dünya ,sərt dünya,
mələk dünya gözəldir.
Hər açılan səhəri
çiçək, dünya gözəldir.
Açıldıca solmayan,
bir kimsəyə qalmsyan,
bərabəri olmayan,
bu tək dünya gözəldir.
Ey könül, uşaq olma,-
dərdindən uzaq olma.
Üzünə çox ağ olma,
əl çək, dünya gözəldir.
Elə ki dan sökülər
üzündən nur tökülər…
Mən ağlaram,..
o gülər,
demək dünya gözəldir.