Şərafət Şəfa - Unutma, yaninda mən varam sənin..
 

Ədəbiyyat 10:28 / 11.12.2025 Baxış sayı: 694

Qürbətdə qəlbini qüssələr sıxsa,

Fikir dalğaları qoynuna alsa,

Ürəyin sixilib gözlərin dolsa,

Unutma, yaninda mən varam sənin..

 

Bir anlıq xəyalən gözlərimə bax,

Onda kədər deyil xoş təbəssüm var,

Bir daha, bir daha, bir daha da bax,

Mənim təbəssümüm sənə yar olar.

 

Əgər qüssə sənə hakim kəsilsə,

Sübhün sərin şehi gözündən öpsə,

Ürək yaşamaqdan imtina etsə,

Unutma, yaninda mən varam sənin!