Sabir Zəkullaoğlu - "Bizi birləşdirən dəyərlər..."
Dünyanın bütün insanlarını birləşdirən bir ortaq dəyər var.
Mübarizə!
Kimi bu mübarizəni başqalarıyla birlikdə, kollektiv şəkildə aparır, kimi də fərdi şəkildə.
Kimi bu mübarizəni öz sevgisi, xoşbəxtliyi, şəxsi maraqları uğrunda aparar, kimi elin sevgisini qazanmaq, cəmiyyətə, ətrafına, dostlarına faydalı olmaq üçün.
Kimi bu mübarizəni hakimiyyətə gəlmək, var dövlət toplamaq, cahangilik edib hakimi mütləq olmaq üçün bu mübarizəni aparar, kimi sadəcə əzilmiş, tarixin məngənəsində sıxılmış xalqını azadlığa çıxarmaq yolunda.
Kimi dini təbliğ edir, bu yolun haqq yolu, ədalət yolu olduğunu deyir, bəzən bu yolda ölüb, öldürməyə də gedir, kimi bunun cəfəngiyyat, hakimiyyətlər üçün siyasi vasitə olduğunu sübut etməyə çalışır.
Kimi sadəcə həyatda sağ qalmaq üçün mücadilə apardığı bir vaxt, kimisi yüzlərlə sağ canlara qıyaraq onları həyatdan məhrum etməklə özünü fatef elan edir.
Kimi bütün həyatını xərcləyib ailəsi üçün tək bir evə sahib olmaq, kirayədən canını qurtarmağa çalışır, kimisi evinin, var dövlətinin sayını hesablamaq üçün ayrıca bir mühasib axtarır.
Yazmaqla bitən deyil...
Anlaşılan o ki, fərqi yoxdur, insanların tutduğu yol istər ədalətli olsun, istər ədalətsiz, onları birləşdirən ortaq dəyər mübarizədir...
Tanıya