Yadigar Təvəkgul - Axı...
Hər gecə,gecəylə baş-başa məni,
Qoymasan bu gecə sıxılar axı .
Gecənin sakini olan ulduzlar ,
Mənsiz göy üzündə yıxılar axı.
Hər gecə gecənin qoynuna məni,
Fələyin bitməyən oynuna məni,
Həsrətin amansız boynuna məni,
Atmasan ,bu gecə sıxılar axı .
Hər gecə gecətək sükuta dalıb,
Səbri -qərarımı əlimdən alıb,
Könlümə bir dəli darıxmaq salıb ,
Susmasan ,gecələr sıxılar axı .
Hər gecə,könlündə qurduğum öydən ,
Könlümdə ucalan eşq adlı göydən ,
Qəfildən küsdürüb ,getdiyin yerdən ,
Atmasan, gecələr sıxılar axı .