Şakir Xanhüseyn : - OLANLAR
Olanlar oldu ku,olmaz bilirdik,
bəyəm heç anladıq nə idi oldu...
Gözümüzü yumub açdıq ki, vay-vay,
sanasan İlahi “ol” dedi oldu...
Fikirdi götürən qoparağımı,
Nədir arzulanan, arzu olunan...
Kimsə arxasınca kölgəsini də
elə bil aparır hiylə-alınan...
Bu olandan ötüb keç o olana,
gör, necə arxadı yalan yalana...
Zaman boynumuza kəndir dolayar,
keçər həyatımız qeylü-qalınan...