Şakir Xanhüseyn - AXSAYAN İŞ

Ədəbiyyat 10:26 / 13.11.2025 Baxış sayı: 918

 

Axsaya-axsaya gedən işin var;

bəs necə eləsin,

nə eləsinlər

axsayan iş ilə yola çıxanlar...

Axsayır, axsayır, işin axsayır;

məgər ayağı var sənin

işinin?

İşin getməyəcək, axsayır, axı;

kimsə

keçir qabağına gedən işinin,

işin dayanır

və elə ordan

başlayır axsamağa...

İşin geri gedir çox sürətlə ha;

işi belədi də axsayan işin--

hey geriyə gedir heç axsamadan,

səhər demədən, hə,

axşam demədən...