Sahibə Yusif - Həyat bəzən o qədər insafsız olur ki...
Həyat bəzən o qədər insafsız olur ki...
Səni bir anın içində yaxalayır, boşluğa atır.
Nə hazır olursan, nə müdafiəsiz sadəcə tutulursan.Elə bil, nəfəs aldığın havada kimsə gizlicə acı bir xatirə buraxıb.
O xatirə sənə toxunanda içində bir sızı qalxır adını belə qoya bilmədiyin bir ağrı.Bəzən heç kimə demədən, sadəcə qulaq asırsan.
O səs danışır, sən isə susursan...susursan
Çünki bilirsən: bəzi mahnılar sadəcə dinlənilmir onlar həm də yaşanır,
və bir dəfə yaşandımı, səni ömürlük dəyişdirir.
Elə Sezenin dediyi kimi:
Hayat bazen öyle insafsız ki
Küçük bir boşluğunda yakalar
Hissettirmez en zayıf anında
Seni ta yüreğinden yaralar