Sabir Zəkullaoğlu : - Bəzən deyirlər ki, dinlər olmasa...

Gündəm 07:45 / 15.12.2024 Baxış sayı: 2803

, cəmiyyət yaşaya bilməz. Ümidsizlik, depresiya insanları intihara aparar. İnsanlar arasında hərc-mərclik, əxlaqsızlıq və mənəviyyatsızlıq baş alıb gedər.

İnsanın yaranışdan, fitrətən içində bir boşluq olduğuna mən də inanıram. Ümumiyyətlə insan doğulanda daxilən və ruhən yazılmamış bir ağ kağız kimidir. Odur ki, onun içini doldurmağa bir təbii ehtiyac var.

İnsan mühitin məhsuludur. Dünyaya təzə gəlmiş uşağın beynində və ruhunda özünə ilk yer edən laylalardır.

Analarımızın söylədiyi laylalar bizim eşitdiyimiz ilk musiqilərdir.

Ümumiyyətlə musiqi mənim üçün bir dünyadır.

Bu dünyanın içində nə cəhalət var, nə də ki, xurafat. Bu dünyada hər şey sevgiylə əhatə olunub.

Hələ uşaq yaşlarından mənə ədəbiyyatı, şeiri, sənəti sevdirən məhz musiqi olub.

Musiqi əxlaqdır. Musiqi tərbiyədir.

Musiqi mənə sevməyi öyrədib.

Musiqi mənə vətən, ana, sevgi anlayışını aşılayıb.

Musiqi mənə özümü anlamağa, özümü tapmağa, duyğularıma tapınmağa kömək olub.

Müxtəsəri musiqi mənim üçün kompasdır, mən dünyanı musiqiylə tanımışam..

Təsəvvür edin, musiqini o qədər sevirəm ki, mən onu Allahın ən gözəl əsəri olan qadınla müqaisə edirəm..

Düşünürəm ki, dellemma qarşısında qalsam, mən hansını seçərdim..

Əlbəttə ki, o qədər də ağlımı itirməmişəm, qadını seçərdim..

Əfəndilər, deməyim o ki, mənim dinim, imanım musiqidir..