Qəşəm Nəcəfzadə : - Bir qucaq göy üzü...

Ədəbiyyat 12:55 / 17.03.2025 Baxış sayı: 555

 

Qollarımız arasındakı məsafə-

Bir damcı dərilmiş göy üzüdü.

Nə buludu var, nə quşu,

Sanki işğal edilmiş ərazidi.

Quş kimi çırpınır qollarımızın arasında....

Bax, necə dartınır,

Çıxa bilmir qucağımızdan.

Elə bil çiliklənmiş pəncərə

Şüşəsi kimi,

Ayrılıqlar adasında axtarır,

O biri tayını.

Qollaımız göy üzünə atılmış bir tor,

Içində ulduz xatirəsi,

Təyyarə səsi,

Günəş damçısı

Bulud nəfəsi

Quş qanadı və ayağı.

Quş qanadlarının

Xatirinə

Açıram qollarımı

Buraxıram göyə

Həbs elədiyim bir qucaq göy üzünü,