Arzu Əsəd : - Sıfırdan başla

Axır çərşənbənizi təbrik edirəm. İl boyu yükləndiyimiz mənfiliklərdən sıfırlanıb hər şeyi bütün şərtlərdə yenidən başlaya bilmək nikbinliyi, iradəsi ilə yeni ilə doğru! Yaşamaq lazımdır!
Nə verdisə aldı zaman,
baş açmadım bu hesabdan,
üstə gəlir, vurur, çıxır,
bölür, yenə qalır sıfır.
Min illərdir belə gəlir,
belə gedir qoca həyat,
dəyişir insanlar, zaman,
dəyişmir bu riyaziyyat.
İnsan oğlu ləzzətlərdən,
acılardan ömür yığır;
yığır-yığır, artır-çıxır -
yenə sıfır, yenə sıfır.
Nə fərqi var bu hesabın -
ya bir sıfır, ya on sıfır,
bir deyilmi əvvəl-axır,
önün sıfır, sonun sıfır.
Bu dünyada hər şey sıfır,
dərdə-qəmə batma belə,
harda düşsən, harda qalsan,
dur sıfırdan başla yenə.