Fərhad Tapdıqoğlu : - Aş

(hekayə)
Aş-ur kişi televizorda "Axırıncı aş-ırım " filminə baxırdı.Film sona çatdıqdan sonra mahnılar səsləndirilirdi. Müğənni oxuyurdu:
"Arpa çayı aş-dı,daşdı,
Sel Saranı aldı ,qaçdı"...
.... Aş-ur kişinin gözləri dibçəkdəki gülə sataşdı.
Arvadı Aş-xanə xanımı səslədi:
-Ay arvad ,hardasan? Bir bura gəl görüm.
Aş-xanə arvad gəlini ilə qaynatdıqları düyünü aş-süzəndə süzürdülər.
Aş-xanə arvad:
- A kişi ,gəlin aş dəmləyir,ona kömək eləyirdim- dedi.Gəlirəm.
Aş-xanə arvad ərinin yanına gəldi.Aş-ur kişi soruşdu:
- Ay arvad, bu nə güldür belə?- pəncərənin qabağındakı gülü göstərdi
Aş-xanə arvad:
-A kişi bu aş-dım- daşdım gülüdür, gəlin alıb - dedi.
Aş-ur kişi qarısını yanında oturtdu.
..... Televizorda sözləri aşıq Alının olan :
"Əllini aş-ırdın, yüzə nə qaldı"- mahnısını verirdilər.
Aş-ur fikrə getdi.
"70- i aş-ırdım, yüzə nə qaldı?"
Aş-ur kişi artıq səksənə yaxınlaşırdı.
- Arvad həyatım kino lenti kimi gözlərim önündən keçir.Deyirlər körpə olanda bir dəfə taxtın üstündən yumalanıb aş-mışam.Məktəbli yaşlarımda "aş-ıq- aş-ıq "da oynamışam. Mənə təzə bir şey alınanda sevincimdən "gonbalaq" da aş-ardım.Bir neçə dəfə velosipedi sürəndə hətta aş-ırmışam. Uşaq vaxtı aş-ırmalı şalvar geyinərdim.Çox yeyən uşaq olmuşam.Anam deyərdi ki," bala az tıx, saman sənin deyil ,samanlıq da sənin deyil?!".
Mən bir oturuma iki kasa bozbaşı aş-ırardım.
Eh ,olub ki,atı hürkütmüşəm, qaçıb,üstündəki yük aş-ıb.Bir dəfə ot tayasının üstünə çıxmışdım,taya aş-dı,yıxıldım yerə.Uşaq idim,əmimin Qaz-51-ni bir az sürdüm,az qala aş-ırmışdım.
Uşaqlarla bir neçə dərə , təpə aş-araq meşəyə meşə meyvələri yığmağa gedərdik.
Əsgərlikdə Aş-qabad şəhərində olmuşam,aş-baz işləyirdim orada.Yəqin yadından çıxmayıb,yaxşı aş bişirərdim cavanlığımda, aş-qara da çox dadlı alınardı..Mənə deyərdin ki,bu nədir "aş teyxa yağdır". Amma yeyəndə barmaqlarının beşini də yalayardın(gülür).
Aş-qarlar zavodunda da işlədim.Dəri aş-ılayan sexdə də işləmişəm.Məndən işləri aş-an adamlara imkan dairəsində kömək eləmişəm.Mənim işim aş-an adamlara heç vaxt yaltaqlanmamışam.Dərdi başından aş-an insanlar da görmüşəm,var- dövləti başlarından aş-anlar da."Aş-naları" olanlardan da tanıdıqlarım var idi.
Həmişə səninlə ikilikdə oğlumuza və qızımıza halal çörək qazanmağı,halal dolanmağı aş-ılamışıq. Şükürlər olsun ki,bizim başımızı aş-ağı eləməyiblər.
Nə sən ,nə də mən bekar dayanmağı xoşlamamışıq. Həmişə işimiz başımızdan aş-ıb.
İndi daha qocalmışıq. Ömür kitabımızın səhifələrini yada salıb ,vərəqlərini aş-ırdıqca hərdən kövrəlirəm də...
Hə arvad ,bilirsən də sabah Aş-ura günüdür .Həmişəki kimi İmam ehsanı bişirəcəksən də,yəqin.?
.... Aş süfrəsi açıldı .Aş-ur kişi,Aş-xanə arvad,oğlu və gəlini şam yeməyi yedilər.
Aş-ur kişi:
- Ay arvad dur gedək ,biz az gəzək- dedi.
Aş-ur kişi və Aş-xanə arvad qəsəbənin parkına tərəf yol aldılar.
Birdən güclü külək əsməyə başladı.Bir az aralıda külək artıq "qocalmış, zəifləmiş" ağacların birini aş-ırdı...Bir az aralıda içkili vəziyyətdə aş-a- aş-a gedən bir nəfəri də aş-ırdı külək...Külək gücsüzləri,cansızlarl qabağına qatıb,aş-ıra- aş-ıra aparırdı.
Qocalar külək onları aş-ırmasın deyə bir - birlərindən möhkəm yapışıb evlərinə qayıtdılar...