Ələsgər ƏLİOĞLU B A L A L A R A Y A Z S O V Q A TI

QARA BULAQ
Qarışqalar yaza çıxıb,
Yuvalar
Daha oyaqdır.
Qarışqalar üzə çıxıb,
Yuvalar
Qara bulaqdır.
YAZ BULUDLARI
Göydəki yaz buludları,
Nəhəng-nəhəng ağ çiçəkdir.
Yer onları çox xoşlayır,
Bircə-bircə dərəcəkdir!..
GİZLƏNQAÇ
Yaz çağı
Quzeyə
Sinər qar.
Günəşlə
Gizlənqaç
Oynayar...
QARANQUŞ
Obadan köçürdü qış,
Qayıdırdı qaranquş.
Yolda
Qaranquşla qış,
Birdən qarşılaşdılar.
Qollarını çırmayıb,
Möhkəmcə tutaşdılar.
Qaranquş
Qalib çıxdı
Bu gün yaz döyüşündə.
Ancaq qışın qarından
Qaldı onun döşündə...
AĞACA DIRMAŞDIRIB...
Qartək ağ çiçək açıb,
Bağçamızdakı alça.
Turqut gülür:
Yaz qışı
Dırmaşdırıb ağaca!..