Kəmalə Abiyeva : - Nənəmin ağac səsi

Böyük ağaclar vardı nənəmin həyətində.
tut, gilas, gilənar da, heyva, xurma,ərik də.
Nənəm çox məğrur idi.
kimsəyə “darıxıram” deməzdi.
heç bizə də.
Ağaclarla çağırardı bizi də.
“Bu il yamanca tut var. qoymuram kimsə çırpa”.
Sonra gilas, gilənar...
Meyvələri dərməzdi,
hey bizi gözləyərdi.
“Ağacdan meyvələri dərib yemək xeyirdi”-nənəm belə deyərdi.
Amma Biz bu xeyirin dadını heç bilmədik.
Nənəmdən çox uzaqda nənə olmağı gözlədik...