Ibrahim Yusifoglu : - ATALAR

Ədəbiyyat 11:05 / 16.01.2025 Baxış sayı: 1282

 

Ucalığı dağdan, saflığı qardan,

İşığı Günəşdən alar ATALAR.

Məhəbbət görərək ömür yarından,

Mehrin övladlara salar ATALAR!

 

Həyatda əyilməz mərdlər mərdidi,

Qəlbləri qovuran dərdlər dərdidi,

Zərləri tərs düşən nərdlər nərdidi,

Dönməyib sözündə qalar ATALAR!

 

Öəlbində cücərdər istəklərini,

Kimsəyə bildirməz dərdi-sərini,

Elə gizlədər ki, qəm-kədərini,

Şirin xəyallara dalar ATALAR!

 

Özünə ev tikib,yurd saldırandı,

Zəhməti bar verib, ad aldırandı,

Başını həmişə dik qaldırandı,

Hər işdə qələbə çalar ATALAR!

 

Uymayıb dünyanın sərvət, varına,

Saçları bələnib ömür qarına,

Cəncliyin verdiyi övladlarına,

Baxıb, arzulara çatar ATALAR!