Faiq Balabəyli - SƏNİN TƏK ÇƏKİLİB GÖZÜMDƏN YUXUM

Ədəbiyyat 09:41 / 08.01.2026 Baxış sayı: 750

 

(yeniyetmə vaxtlarımın şeirlərindən)

 

Görübən gəlmişəm mən bu dünyanı

Hər şeyi yerinə öncə qoymuşam.

Əllərim üstündə yeriyirəm ta,

Yorğun ayağımı dincə qoymuşam.

 

Bilinmir varlığın, bilinmir yoxun,

Sənin tək çəkilib gözümdən yuxum.

Gördüm Ki, sinəmə tuşlanıb oxun,

Onçun ürəyimi küncə qoymuşam.

 

Boldur süfrəmizin çörəyi, duzu,

Soyuqsan, yayda da əriməz buzun.

Könlümə çox verib qəm adlı ruzu

Sevinci bir ovuc dəncə qoymuşam