Emin Piri - CAN BORCU

Ədəbiyyat 12:43 / 14.09.2025 Baxış sayı: 1971

 

Gəl,

döy qapımı...

yolun uzaqdı bilirəm,

əziyyət çəkmə,

sizə gətirrəm qapımı.

döy,

ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim

səni doyunca.

qoy,

ölüm...

doyunca ağladım səni.

Tanrım,

sənin də yanında

yalançı oldum,

göndərə bilmədim əmanətini.

sənə də can borcum qalıb,

nisyə dəftərinə yazarsan məni.