Elnur Uğur Abdiyev - Həmişə sevməyə bəhanə axtarmışam,
Həmişə sevməyə bəhanə axtarmışam,
Ayrılıqlar adamı olmamışam.
Sahildən uzaqlaşan qayıqların da yerinə,
bəzən sevinmişəm sahilin o üzündəkilər üçün.
Onsuz da üçdə biri quru olan bu dünyada,
Xəritənin harasından baxırsansa bax,
Göy rəngli bir zolaq,
Alıb başına aparır baxışları.
O baxışları sevirəm,
baxanda adamı qucaqlayır.
O baxışları sevirəm tanımadığı biri üçün,
gülür,
hönkürür,
ağlayır.
Sevmək hamıya qismət olmur, bəlkə də...
Kaş sevgini dərk edək