Elnur Uğur Abdiyev -Belə...

Ədəbiyyat 09:16 / 15.10.2025 Baxış sayı: 1062

Çoxdan çöküb,deşik- deşik,

Bu dünyanın damı belə.

Vəhşi kimi didir, Allah

Adamlar adamı belə.

 

Adam adında daşlaşıb,

Lıq şəkilçisi yadlaşıb.

Yerdə şər bəşəri aşıb,

Qaçıb xeyrin tamı belə.

 

Bu, surətmi köçürülüb?

Əslinə ləkə sürülüb.

Ümid nədir,öldürülüb-

Arzumuzun kamı belə.

 

İstifadə müddətimiz,

Bitən kimi bir heçik biz.

Belə deyilik hərımiz?

Hamı belə,hamı belə.