Əlizadə Nuri : - Get...

Ədəbiyyat 10:59 / 11.12.2024 Baxış sayı: 1557

 

Bu Yerin son yeri- kədər,

O yan sevinc, bəri kədər.

Biri eşqdi, biri kədər-

Götür iç camları get.

 

Getməyibsə, gələn deyil,

Ləl paylayan Lələn deyil.

Onsuz da düzələn deyil-

Burax adamları get.

 

Yaralayıbsa yar səni,

Bu ömür də atar səni...

...Yordu bu axşamlar səni,

Yorma axşamları get.

 

Uzun gecə, qısa səhər,

Günəş gələ, qıza səhər...

...Əgər açılmırsa səhər-

Söndür bu şamları, get...