Əbülfət Mədətoğlu : - Bənzətdim
Bu necə sözdü, nağıldı:
- Əvvəldi, yoxsa axırdı?!
Arxamca bir qız baxırdı -
Məni bənzədib kiməsə...
Fikrimin düyünü sərtdi,
Sözü ürəyimi çərtdi...
Belə sevmək də bir şərtdi -
Səni bənzədib kiməsə...
Ötür keçsin duman-çəni
Yaxşı görmək üçün məni!
Deməsən də sevdim səni! -
Yəni bənzədib kiməsə...
Əlin qaş üstə yeri var,
Sözün sahibi - "meri" var!
Əbülfətin çox şeiri var -
Səni bənzədib kiməsə