Faiq Balabəyli : - SOYUQ İDİ BAXIŞLARIN…

Ədəbiyyat 07:00 / 05.01.2025 Baxış sayı: 615

 

Soyuq idi baxışların, buz kimi

Dalayırdı ürəyimi, bilmədin.

Çox istədim mən tərəfə dönəsən

Ha çağırdım, əl elədim, gəlmədin.

 

Göy buludun göyərmişdi dodağı

Göz yaşını hey səpirdi aşağı

İstisində qızmadığm ocağın

Tüstüsündə kor olurdum, görmədin

 

Boylanırdım səmt küləyi tərəfə

Baxışlarım tuş gəlirdi kələfə.

Duman çəkdi üstümə ağ mələfə

Saçlarını üç tel edib hörmədin.

 

Belə idi bu dağların havası;

üşüyürdü torağayın yuvası

Bu yerlərin ən pisi, ən yavası

yaxşıların yaxasında, silmədin.