Xatirə Fərəcli : - MÖVCUD OLMAYAN SƏN

Ədəbiyyat 20:59 / 05.01.2025 Baxış sayı: 1631

 

Bütün yollar sənə aparır:

darıxanda

ruhumun ovunduğu məkan,

dara düşəndə

əlimin uzandığı yön,

dünyadan küsəndə

giley üçün üz tutduğum ünvan,

doğru bilib güvəndiyim,

xəyallarımın qonağı,

gözümün gəzdiyi insan-

sən...

Mövcud olmayan sən...