Əlirza HƏSRƏT - MƏN ÖLSƏM,KİM SEVƏR BU QADINLARI...

Ədəbiyyat 22:15 / 20.11.2025 Baxış sayı: 858

 

Hələ İsrafilin səs yox surundan,

Yıxılıb gör neçə şah qürurundan.

Tanrı eləyibdir xəlq öz nurundan,-

Bu mələk,bu sona,Qu qadınları.

 

Köçür durnalar da bax,dəstə-dəstə,

Kimin laylasıdır bu qəmli bəstə?

Ahım gül bitirən o məzar üstə,-

Ağlasam,aparar su qadınları.

 

Məni də oyuna salıb gözəllər,

Uduzdum,olmadı qalib gözəllər.

Çoxdan ürəyimi alıb gözəllər,

Mən ölsəm,kim sevər bu qadınları?..