Ələsgər ƏLİOĞLU - G O R A N B O Y L Ə T İ F Ə L Ə R İ

YAZARLAR 23:08 / 20.11.2025 Baxış sayı: 969

 

BİRCƏ SƏNDƏN RAZI QALDIM

Bisavad Teymurun oğlu əsgərlikdən qayıdıbmış. Qohum-qonşu yığışıb gözaydınlığına gəlir. Böyük bir məclis düzəlir. Gətir-götür başlayır...

Səhəri gün bir nəfər Bisavad Teymurun qabağını kəsib üzrxahlıq eləyir:

-Teymur əmi, axşam elə vacib işim oldu ki, sizə gələ bilmədim.Yəqin ki, məndən narazı qaldın, eləmi?

Bisavad Teymur gülümsəyə-gülümsəyə cavab verir:

-Nə danışırsan, a bala, dədəmin goru haqqı, bircə səndən razı qaldım!..