Ələsgər ƏLİOĞLU : - BAKI ŞƏHƏRDİR...
("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)
Nəvəm Turqut
Sual dağarcığıdır,-
Gəlib tez-tez
Qarşımda durur:
-Daş nədən yaranıb?
-Quş nədən yaranıb?
-Qış nədən yaranıb?..
Məni yorduqca-yorur...
Sualların selindən
Başım itir az qala...
-Düyünün məskəni haradır?
-Şəki.
-Bəs findığın?
- Oğyz, Qax, Zaqatala...
-Canavarın məskəni
Bəs haradır, ay baba?
Hövsələdən çıxıram:
-Daha bəsdir,
Məni yordun, ay bala!
Bakıdır ey, Bakı!..
O, birdən durub tərs-tərs
Mənim üzümə baxır:
-Niyə yalan deyirsən,
Ay baba,
Bakı şəhərdur axı!..
07.12.2024