BU PAYIZ KÜLƏKLƏRİ - Adilə Nəzər

Ədəbiyyat 16:24 / 06.11.2024 Baxış sayı: 1777

 

 

Yarla kəsdi aramı

Bu payız küləkləri.

Açdı gül tək yaramı

Bu payız küləkləri.

 

Dağıtdı hüdudları,

Topladı buludları,

İslatdı umutları,

Bu payız küləkləri.

 

Demə əl-qol atmadı,

dişi bizə batmadı..

Gözlədim, nəfəsimi

nəfəsinə qatmadı,

Bu payız küləkləri.

 

Köhnə dost düşmən olmaz,

Sonbahar gülşən olmaz,

Sirri bölüşən olmaz

Bu payız küləkləri.

 

Gözdən yaşlar yağırsa,

Dilim-ağzım fağırsa,

Səni mənə çağırsa,

Bu payız küləkləri.

06.11.2014