Aysel Xanlarqızı Safarli - Sübhün gözlərini dua öpürdü...
Sübhün gözlərini dua öpürdü,
Təsbehlər adını zikr edirdi,
Minarələrdən
Tanrı nəfəsi axırdı…
Bir məsciddə Azan səsi
İsanı
doğurdu,
Çarmıxlar çiçək açmışdı.
Bütün dinlər
minbərə çıxmışdı
kəlimeyi- şəhadət
Gətirirək,
Şeytan daşlayan adamlartək
Mən də
Günahlarımı daşlayırdım
Səni sevərək…
Kirpiklərim yenicə
Səcdədən qalxmışdı ki,
İlahi bir eşqlə
Sevginə ibadətə oturdum
o gündən
İllərin necə ötdüyündən xəbərsiz,
Daha
Allahsız kimiyəm
Mən sənsiz!!!