Aida Adıgözəl : - Ən gözəl hekayələri yazdırır ayrılqlar,

Ədəbiyyat 08:08 / 11.12.2024 Baxış sayı: 880

Ən gözəl hekayələri yazdırır ayrılqlar,

ən şirin nağıllara inandırır adamı.

Canı yanmışlar,

ürəkdən vurulmuşlar bilər itki göynərtisini.

Düşün,

dağ başındasan,

hava bürosu günəşli havalar söyləyir,

amma

qara bulud topası keçir üstündən.

Və islanırsan...

həm də sümüyünəcən,

ölümünə titrədəcək qədər üşüyürsən...

Nə olsun,

qılıncın da iki üzü var,

kəsəndə birini bölür ancaq.

Hələ zamanımız var dünyada rastlamağa,

hələ

görüşmək qismətimiz var bu şəhərdə bir gün.

Nə olsun ki, ölmüsən?

Bütün gözəl günlərin arasında

baş daşları durur...