Ağamir Cavad : - Nə olar
Bu payız ömrümə gətirdin bahar,
Gəl məni bu qədər sevmə,nə olar!
Həyatda hər kəsin öz qisməti var,
Gəl məni bu qədər sevmə,nə olar!
Dünya gözlərimdə olub dar,gözəl,
Qoymadın məndə bir ixtiyar, gözəl.
Axı sevginin də həddi var, gözəl,
Gəl məni bu qədər sevmə,nə olar!
Bu savab sevgimiz sayılır günah,
Çəkdiyim dağlar da götürməyir ah.
Qorxuram bu eşqi qısqana Allah,
Gəl məni bu qədər sevmə,nə olar!
Polad vüqarlıyam, qoyma əyiləm,
Eşqin atəşindən yanam, döyüləm.
Mən Tanrı deyiləm, Allah deyiləm,
Gəl məni bu qədər sevmə,nə olar!