15 ailə  də Şuşakəndə dönür

MƏMLƏKƏT 17:49 / 20.11.2025 Baxış sayı: 1397

Bu   gün  Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

Adalet.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.