Əlirza HƏSRƏT - DAĞLAR
(Bütün varlığıyla mehrini dağlara salmış,dağ vüqarlı,dağ əzəmətli, Böyük şair Sakit İlkinin şərəfinə)
Sakit Ilkin yenə coşub,
Haray çəkir,haray dağlar.
Könül quşu gör nə gözəl,-
Qurub səndə saray,dağlar.
Açılanda yaxan yelə,
Duman,çən də gəlir dilə.
Suyun da,havan da elə,
Bal dadır e,bal ay dağlar.
Bu çayı da qoydum dəmə,
Məlhəm olsun dərdə,qəmə.
Çox oynadıq "Tərəkəmə",
İndi gedək "Halay" dağlar.
Qərib yurdda seləm,suyam,
Hər nəyəmsə,elə buyam.
Ahın olsun xeyir-duam,-
Salamlaşaq gəl ay dağlar!..