" Quru  sərhədlər  məsələsi  gündəmdədi"

HÜQUQ 21:31 / 07.01.2026 Baxış sayı: 920

Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib.

Yenises .az xəbər verir ki,bununla  bağlı    mətbuata  açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir:

“Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün sərhədlərin bağlı olması bilavasitə Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir. Dünyada gedən müharibələr, terror hadisələri, casusluq fəaliyyəti hələ ki sərhədlərin bağlı saxlanılmasını zərurətə çevirib. Çünki miqrasiya məsələləri, ölkələrə qarşı təxribatlar, yoluxucu xətəliklərin yayılması əsas verir ki, müəyyən müddətə hələ də sərhədlərimiz bağlı saxlanılsın. Bu, düşünülmüş bir gedişdir. Ola bilsin ki, bəzi insanlar bu məsələnin vacibliyini, əhəmiyyətini dərindən dərk edə bilmirlər və xoşagəlməz fikirlər səsləndirirlər”.

Amma komitə sədri onu da vurğulayıb ki, sərhədlərin bağlanması müəyyən ticarət alış-veriş əlaqələrinə mənfi təsir göstərir:

“Ancaq milli təhlükəsizliyimiz insanların müəyyən bəlalardan, terrordan qorunması dövlət üçün daha vacib hesab edilir. Ona görə də, bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılır, ətrafda nələrin vacib olduğu, nələrin qəbul edilib-edilməməsi real faktlarla gündəmə gətirilir. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi həyata keçirilir. Bu dövlətin, xalqın xeyrinədir, hər kəs də belə qiymətləndirməlidir. İndi gələn il sərhədlərin açılması üçün şərtlərin meydana gəlməsi halında məsələyə baxıla bilər. İndidən isə nəsə demək düzgün deyil”.