Təranə Məmməd - Sənsizlik haqda düşüncələr...

YAZARLAR 10:00 / 07.01.2026 Baxış sayı: 765

 

 

Hər kəsdə səni axtarıb tapmamaqdır sənsizlik.

Sənsiz sənsizlik də darıxır.

Səni xatirəyə çevirməkdir sənsizlik.

Əqrəblər geriyə, zaman irəli addımlayır sənsizlikdə

Sənsiz səninlə,

Səninlə sənsiz olmaqdır sənsizlik

Maleviçin "Qara dörtbucağ"ındaki heç nədir sənsizlik...

Bir gün gəlişinlə yox edə biləcəyindir sənsizlik...