SÜLEYMAN ABDULLA.- QARLI GÜNÜN ŞEİRİ
İsti havaların soyuq adamı,
Deyirdin, nə ola qar yağa, yağır.
Ağ libas geyinib göz görən hər yer,
Yağır ha arana, ha dağa yağır.
Bəlkə yağarların ən safıdır bu,
Bəlkə yerlə göyün hesabıdır bu,
Bəlkə yaradanın insafıdır bu,
Bəlkə bəndəsinə sadağa yağır.
Hətta dümağ düşür axşamın şəri,
Bərəkət rəmzidir əzəldən bəri.
Çoxdur yer üzünün hökm edənləri,
Yoxdur göy üzündən qadağa, yağır.