Əlirza HƏSRƏT - QALIBDIR

Ədəbiyyat 12:30 / 12.12.2025 Baxış sayı: 418

 

Başına döndüyüm ay qoca dağlar,

Yetim uşaqlığım səndə qalıbdır.

Gecəlik,gündüzlü fikrim,xəyalım,

Dumanda qalıbdır,çəndə qalıbdır.

 

Nə gözəl qızarıb o sökülən dan,

Bəlkə göy üzünü yenə tutub qan.

Yığışıb gəldiyim,kənd yollarından,

Ən şirin xatirə məndə qalıbdır.

 

Dolan buluda bax,gəlir yaxına,

Az qalır buluda əlim toxuna.

Bir şair baş qoyub sinə dağına,

Dağlar Əlirzadan gendə qalıbdır.