Nuranə Nur

Ədəbiyyat 10:55 / 13.12.2025 Baxış sayı: 198

Sevgi keçirməz olaydı,

İslanmayaydı ürəyim.

Qışdı indi getsən əgər,

Qalın geyin, üşüməyim.

 

Çatan kimi xəbər elə,

Getmə gəldiyin o yolla.

Sənlə keçirdiyim ömrü,

Göy əskiyə büküb yolla.

 

Həyatın üzü sökülsə,

Özüm birtəhər hörərəm.

İnnən belə sən tərəfə,

Hamı baxar, mən görərəm.

 

Bəlkə də bu son şeirimdi,

Bəlkə də son yazım olar.

Bəlkə bu sözlərim sənə,

Susmaq üçün lazım olar .