Əlirza HƏSRƏT  - CƏLİLABAD

Ədəbiyyat 11:20 / 13.12.2025 Baxış sayı: 172

 

Zəhmət çiçəyidir hər alın təri,

Hər sarı sünbülün bir nazlı pəri.

Gülür Mişarçayın mavi gözləri,-

İsti qucağında açmışıq qanad.

Cəlilabad.

 

Sehrli cığırın,asfalt yolların,-

Boynuma dolanan qulac qolların.

Sevdalı qızların,mərd oğulların,-

Səadət payıdır bu şöhrət,bu ad.

Cəlilabad.

 

Payın var Zərdüştdən,"Avesta"dan da,

Məhəbbət çağlayır damarda,qanda.

Belə gözəllik yox ayrı məkanda,

Hər yan göz oxşayır,hər tərəf abad.

Cəlilabad.

 

Tarixlər şahidi Qazan köşkümüz,

De,hanı Əhrimən,hardadır Hörmüz?

Mənə də,bir badə Mişarçaydan süz,

Gülsün gözlərimdə qoy arzu,murad.

Cəlilabad.