Xəyalə Sevil - Öyrəndik hər şeyi, bildik hər şeyi...

Ədəbiyyat 10:40 / 13.12.2025 Baxış sayı: 171

Öyrəndik hər şeyi, bildik hər şeyi,

Gördük nə az gəlir, gördük nə çoxdu.

Gördük könlümüzü qəzalı qurdu,

Gördük könlümüzü nə təhər yıxdı.

 

Mən də beləcəyəm, dönüb geriyə

Baxmağa kimsə yox deyə baxmıram...

İlahi, səninlə dəyməsin aram-

İlahi, çoxdandı göyə baxmıram!

 

Əlimdə, ovcumda nə qalıbdı ki?

Üç-beş aydı, ildi heç bəlli deyil.

Üzü gələcəyə durub gedirəm,

Bəlkə gələcək də heç əlli deyil.

 

Öyrəndik hər şeyi, bildik hər şeyi,

Gördük nə az gəlir, gördük nə çoxdu.

Gördük könlümüzü qəzalı qurdu,

Gördük könlümüzü nə təhər yıxdı.