Kəramət - Hadinin qəbrisən, yerin bilinməz...
Ədəbiyyat
11:55 / 13.12.2025
Baxış sayı: 1879
Hadinin qəbrisən, yerin bilinməz,
Qeybə çəkilərsən, sirri-xudasan.
Yollar silinibdi, sənə gəlinməz,
Daha kimsə bilməz harda, hardasan.
Uçar, göy qübbəsi, uçar başına,
Günahkar yaddaşın daşqalaq eylər.
Bəlkə də, dönmüsən Simurq quşuna,
Qaranquş yuvalı yiyəsiz evlər...
Soyuyan əlinə təsbeh yaraşar,
Qalarsan beləcə girinc-giriftar.
Quruyan dodağa "ah", "eh" yaraşar,
Sənə sarı gələn bir qaraltı var...